Türkiyə şərtini açıqladı

Hit: 5506
Türkiyə şərtini açıqladı
Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı danışıqlar prosesi Türkiyənin hər iki ölkədən bütün gözləntilərinin yerinə yetiriləcəyi təqdirdə başlayacaq.
 
FAKTOR.AZ xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
 
"Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyiş yalnız Türkiyənin milli təhlükəsizlik problemlərinin həlli üçün konkret addımların atılması ilə mümkün olacaq", - Kalın İsveç, Finlandiya, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə görüşündə deyib.
 
Eyni zamanda o vurğulayıb ki, əgər ölkələr Türkiyənin şərtlərini yerinə yetirməkdən imtina etsələr, o zaman İsveç və Finlandiyanın müraciətləri üzrə danışıqlarda irəliləyiş mümkün olmayacaq.








Redaktorun seçimi