Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb

Hit: 2986
Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb
Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” şaxtasında daha 18 mədənçinin meyiti tapılıb.
 
Faktor.az TASS-a istinadən xəbər verir ki, meyitlərin ərazidən çıxarılması hələlik mümkün olmayıb.
 
“Onlardan 10-u yuxarı transportasiyaya hazırdır. Hələlik yüksək metan səviyyəsinə görə bunu gerçəkləşdirmirik”, - agentlik bildirib.
 
Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib. Hadisə nəticəsində 43-ü xilasedici olmaqla, 96 nəfər ölüb. Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilmişdi.








Redaktorun seçimi