Əşrəf Qani İnterpola verilir

Hit: 1222
Əşrəf Qani İnterpola verilir
Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər ölkədən qaçan Prezident Əşrəf Qaninin dövlət xəzinəsindən 169 milyon dollar götürdüyünü bildirib.
 
Faktor.az xəbər verir ki, Düşənbədə mətbuat konfransı keçirən səfir onun tutulması üçün İnterpola müraciət edəcəyini açıqlayıb.
 
“Əşrəf Qaninin qaçması dövlətə və millətə xəyanətdir. Qaninin oğurladığı xalqa məxsus pulların qaytarılması üçün onun tutularaq beynəlxalq məhkəməyə çıxarılması məqsədilə İnterpola müraciət edəcəyəm”.
 
Səfir birinci vitse-prezident Əmrullah Salehin özünü müvəqqəti prezident elan etməsindən də danışıb:
 
“Əfqanıstan Konstitusiyasına əsasən, ölkədə prezidentin olmaması, qaçması və ya istefa verməsi halında avtomatik olaraq müvəqqəti prezident səlahiyyətləri birinci vitse-prezidentə keçir”.







Redaktorun seçimi