Dünyanın ən gənc qadın milyarderi

Hit: 1132
Dünyanın ən gənc qadın milyarderi
"Bumble" tanışlıq xidmətinin rəhbəri və qurucusu 31 yaşlı Vitney Volf Herd sərvətini təkbaşına qazanan dünyanın ən gənc qadın milyarderi olub.
 
Faktor.az Qazeta.ru-ya istinadən xəbər verir ki, "Bumble" tətbiqinin səhmlərinin Vitney Volf Herdə aid payının dəyəri 1,6 milyard dollar (21,54 milyon səhm, şirkətin 11,6 faizi) təşkil edir.
 
"Bumble" satışa çıxarıldığı andan ABŞ-da ən sürətlə yayılan mobil tanışlıq tətbiqlərindən biri olub. Şirkətin uğuru Herdi "Forbes"in "2020-ci ildə ABŞ-da ən uğurlu qadın sahibkar və rəhbərlər" siyahısına daxil edib.







Redaktorun seçimi