Dünyada son sutkada 771 mindən çox yoluxma

Hit: 2569
Dünyada son sutkada 771 mindən çox yoluxma
Dünyada son bir gündə koronavirusa 771 mindən çox yoluxma qeydə alınıb.
 
Faktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
 
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 771 527 hal qeydə alınıb, “COVID-19”dan 13 696 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 86 749 940, ölüm hallarının sayı 1 890 342 təşkil edir.
 
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 21 170 475 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 413 417), Braziliya (7 873 830), Rusiya (3 355 794), Böyük Britaniya (2 889 423), Fransa (2 682 250), İtaliya (2 220 361), İspaniya (2 024 904), Almaniya (1 866 887), Kolumbiya (1 719 771), Argentina (1 676 171) və Türkiyə (1 481 764) gəlir.







Redaktorun seçimi