Dekabrın 13-dən başlayaraq Hindistan sakinləri "Pokemon GO" mobil oyununu rəsmən oynamaq imkanı qazanıblar.
Faktor.az lent.az-a istinadən xəbər verir ki, "Pokemon Go" oyununu Hindistanda ölkəni 4G internetlə təmin edən "Reliance Jio" və mobil oyunun tərtibatçısı olan "Niantic" şirkətlərinin birgə səyləri nəticəsində yükləmək mümkün olacaq.
Xatırladaq ki, "Pokemon Go" oyunu 2016-cı ilin iyul ayında işıq üzü görüb və dərhal bütün dünya üzrə 500 milyon yükləmə ilə sensasiya yaradıb.
Bundan öncə bildirilib ki, Hindistanda "Pokemon GO" oyunu dindarların hisslərinin təhqir olunması ilə bağlı məhkəməyə verilib.