Ermənilərin növbəti yalanı - İFŞA OLUNDU

Hit: 1519
Ermənilərin növbəti yalanı - İFŞA OLUNDU
Bildiyimiz kimi erməni mətbuatı mütamadi olaraq fake məlumatlar yayaraq hər dəfə özünü həmçinin öz əhalisini aldadır. Onlar bu çirkin işi həm də saxta profillər açaraq sosial şəbəkələrdə də həyata keçirirlər.
 
Faktor.az xəbər verir ki, bu dəfə erməni mətbuatı “Red Bull” sürücüsü Max Verstappen haqda yalan məlumat yayıb.
 
Belə ki, bir neçə gün öncə erməni mətbuatında “Red Bull” sürücüsü Max Verstappenin erməni hərbi qulluqçularının sığorta fonduna ianə etməsi barədə məlumat yayılıb. Erməni mətbuatının yazdığına görə, Hollandiyalı Formula 1 pilotu fonda yardım məqsədilə 100 dollar pul ianə edib.
 
Lakin "Red Bull" komanda rəhbərliyi həmin xəbər barədə mövqeyini bildirərək təkzib edib: "Erməni hərbi qulluqçuları fonduna gəldikdə, Max Verstappen rəhbərliyi adından Max-ın bu təşkilatı tanımadığını və heç bir ianəsinin olunmadığını təsdiq edə bilərik".
 
Göründüyü kimi erməni mətbuatı özünu biyabır edərək ictimaiyyətə yalan məlumatlar verməklə məşğuldurlar.
 
Təkzib mətni ilə bağlı aşağıda linkdə tanış olmaq olar:
 
https://racingnews365.nl/max-verstappen-doneerde-geen-geld-aan-fonds-voor-armeense-soldaten?fbclid=IwAR2TB3TBuVXg7M6dVYdGIxBg-frdZw1-RkI3L36eSRSL7ZH3FW-DxhNO5sg








Redaktorun seçimi