Azərbaycan idman ictimaiyyətindən orduya dəstək

Hit: 662
Azərbaycan idman ictimaiyyətindən orduya dəstək
Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyalar aidiyyatı beynəlxalq təşkilatlara və idman qurumlarına Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təcavüz aktını,  son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və  Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini özündə əks etdirən Bəyanat ünvanlayıb.
 
Ümumilikdə 90 təşkilatın imzası ilə hazırlanan  Bəyanat on iki minə yaxın təşkilata  göndərilib. Bəyanatda deyilir: “Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığımız haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!”
 
Bununla yanaşı, Azərbaycan ordusunun yanında olan, hər an döyüşə hazır olduğunu bildirən Azərbaycan idman ictimaiyyəti adından orduya geyim, tibbi ləvazimatların olduğu 100-ə yaxın sovqat da gönədrilib.
 
 
BƏYANAT
 
“Cari ilin iyul ayının 12-dən etibarən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilərlə davam edərək sentyabr ayının 27-dən etibarən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə  nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğurunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və  ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır.
 
Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox  Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı.
 
Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!
 
Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq! “
 
 
 
AZƏRBAYCAN İDMAN İCTİMAİYYƏTİ ADINDAN
 
1.     
 
Azərbaycan Milli Olimpiya Komitəsi
 
2.     
 
Azərbaycan Milli Paralimpiya Komitəsi
 
3.     
 
Azərbaycan Xüsusi Olimpiya Komitəsi
 
4.     
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
 
5.     
 
Azərbaycan İdmançıları İctimai Birliyi
 
6.     
 
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi
 
7.     
 
Azərbaycan İdman Jurnalistləri Federasiyası
 
8.     
 
Azərbaycan Ağır Atletika Federasiyası
 
9.     
 
Azərbaycan Atçılıq Federasiyası
 
10.  
 
Azərbaycan Atıcılıq Federasiyası
 
11.  
 
Azərbaycan Atletika Federasiyası
 
12.  
 
Azərbaycan Badminton Federasiyası
 
13.  
 
Azərbaycan Basketbol Federasiyası
 
14.  
 
Azərbaycan Boks Federasiyası
 
15.  
 
Azərbaycan Cüdo Federasiyası
 
16.  
 
Azərbaycan Dağ Xizəyi Federasiyası
 
17.  
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
 
18.  
 
Azərbaycan Gimnastika Federasiyası
 
19.  
 
Azərbaycan Güləş Federasiyası
 
20.  
 
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası
 
21.  
 
Azərbaycan Həndbol Federasiyası
 
22.  
 
Azərbaycan Kamandan Oxatma Federasiyası
 
23.  
 
Azərbaycan Məktəb İdmanları Federasiyası
 
24.  
 
Azərbaycan Konkisürmə Federasiyası
 
25.  
 
Azərbaycan Milli Avarçəkmə Federasiyası
 
26.  
 
Azərbaycan Milli Karate Federasiyası
 
27.  
 
Azərbaycan Otüstü Hokkey Federasiyası
 
28.  
 
Azərbaycan Qılıncoynatma Federasiyası
 
29.  
 
Azərbaycan Qolf Federasiyası
 
30.  
 
Azərbaycan Reqbi Federasiyası
 
31.  
 
Azərbaycan Stolüstü Tennis Federasiyası
 
32.  
 
Azərbaycan Taekvondo Federasiyası
 
33.  
 
Azərbaycan Tennis Federasiyası
 
34.  
 
Azərbaycan Triatlon Federasiyası
 
35.  
 
Azərbaycan Üzgüçülük Federasiyası
 
36.  
 
Azərbaycan Velosiped İdmanı Federasiyası
 
37.  
 
Azərbaycan Voleybol Federasiyası
 
38.  
 
Azərbaycan Yelkənli İdman Federasiyası
 
39.  
 
Azərbaycan “Vətənin Müdafiəsinə Hazıram” Çoxnövçülüyü Federasiyası
 
40.  
 
Azərbaycan Aşixara Kaykan Karate Federasiyası
 
41.  
 
Azərbaycan Avtomobil İdmanı Federasiyası
 
42.  
 
Azərbaycan Aykido Federasiyası
 
43.  
 
Azərbaycan Bilyard İdmanı Federasiyası
 
44.  
 
Azərbaycan Bodibildinq və Fitnes Federasiyası
 
45.  
 
Azərbaycan Boulinq Federasiyası
 
46.  
 
Azərbaycan Budo Döyüş Növləri Federasiyası
 
47.  
 
Azərbaycan Çerlidinq Federasiyası
 
48.  
 
Azərbaycan Ciu-Citsu Federasiyası
 
49.  
 
Azərbaycan Coriyo Kunq-Fu Federasiyası
 
50.  
 
Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası
 
51.  
 
Azərbaycan Dama Federasiyası
 
52.  
 
Azərbaycan Ən-ənəvi Karate-Do Federasiyası
 
53.  
 
Azərbaycan Gözdən Əlillərin Şahmat və Dama Federasiyası
 
54.  
 
Azərbaycan Hapkido Federasiyası
 
55.  
 
Azərbaycan İdman Rəqsləri Federasiyası
 
56.  
 
Azərbaycan Kapoeyra Federasiyası
 
57.  
 
Azərbaycan Karlar İdmanı Federasiyası
 
58.  
 
Azərbaycan Kikboksinq Federasiyası
 
59.  
 
Azərbaycan Kontakt Karate Federasiyası
 
60.  
 
Azərbaycan Kunq-Fu Federasiyası
 
61.  
 
Azərbaycan Kyokuşin Karate Federasiyası
 
62.  
 
Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası
 
63.  
 
Azərbaycan Milli İdman Növləri Assosiasiyası
 
64.  
 
Azərbaycan Motosiklet İdmanı Federasiyası
 
65.  
 
Azərbaycan Muay-Tay Tayboks Federasiyası
 
66.  
 
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası
 
67.  
 
Azərbaycan Peyntbol Federasiyası
 
68.  
 
Azərbaycan Poverliftinq Federasiyası
 
69.  
 
Azərbaycan Qalaqapı (Qo) Federasiyası
 
70.  
 
Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do Federasiyası
 
71.  
 
Azərbaycan Qol Güləşi Federasiyası
 
72.  
 
Azərbaycan Şahmat Federasiyası
 
73.  
 
Azərbaycan Sambo Federasiyası
 
74.  
 
Azərbaycan Savat və Şaolin Döyüş Sənəti Federasiyası
 
75.  
 
Azərbaycan Stronqman Federasiyası
 
76.  
 
Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası
 
77.  
 
Azərbaycan Şərq Döyüş Növləri  Assosiasiyası
 
78.  
 
Azərbaycan Pençak Silat Federasiyası
 
79.  
 
Azərbaycan Şito-Ryu Karate-Do Federasiyası
 
80.  
 
Azərbaycan Skayraninq Federasiyası
 
81.  
 
Azərbaycan Şorinciryu Kenkokan Karate-Do Kosiki Karate Federasiyası
 
82.  
 
Azərbaycan Şotokan Karate-Do Federasiyası
 
83.  
 
Azərbaycan Sumo Federasiyası
 
84.  
 
Azərbaycan Turan-Do Federasiyası
 
85.  
 
Azərbaycan Universal Döyüş Federasiyası
 
86.  
 
Azərbaycan Uşu Federasiyası
 
87.  
 
Azərbaycan VKC növləri üzrə Karate Federasiyası
 
88.  
 
Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyası 
 
89.  
 
Azərbaycan Peşəkar Boks Federasiyası
 
90.  
 
Azərbaycan MMA Federasiyası








Redaktorun seçimi