"Tezliklə bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq"

Hit: 12825
"Tezliklə bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq"

"Bildiyiniz kimi sentyabrın 27-dən səhər saatlarında işğalçı Ermənistanın hərbi birləşmələri yenidən təxribat törədərək döyüş mövqelərimizi, yaşayış məntəqələrini və dinc insanları hədəfə alaraq ağır artilleriyadan atəşə tutublar. Düşmən ölkə bu günə kimi öz təxribati əməllərindən əl çəkmir. Bu hadisə bir daha Ermənistanın təıcavüzkar niyyətindən əl çəkmədiyini, Azərbaycana qarşı işğal siyasətini davam etmək məqsədində olduğunu bir daha təsdiqləyir".

Bu fikirləri Faktor.az-a açıqlamasında Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov deyib.

O bildirib ki, Azərbaycan Haqq yolunda, Haqq Savaşındadır. Ali Baş Komandan cənab İlham Əliyev artıq düşmənə güzəşt olmayacağını, onun layiqli cavabının verildiyini və sonacan veriləcəyini bildirdi. Dövlət başçımız öz çıxışında deyib:

“Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz  Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə buna qadirdir. Tezliklə bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq! Həmin günü səbirsizlikə gözləyirik!

 









Redaktorun seçimi