“Dostluq üçün Futbol”

Hit: 981
“Dostluq üçün Futbol”

Azərbaycandan olan uşaqları özlərini idman şərhçisi kimi sınamağa dəvət edilir

15 sentyabr – 15 noyabr 2020-ci il tarixlərində 9-14 yaş arası uşaqlar üçün Facebook, Instagram və Youtube sosial şəbəkələrində Gənc Şərhçilərin Beynəlxalq Müsabiqəsi keçiriləcək.
Münsiflər heyətinə dünyanın ən gənc futbol şərhçisi adını qazanmış 12 yaşlı jurnalist Yazn Taha daxil olacaq.
 
Azərbaycandan olan uşaqlar matçın 1 dəqiqəlik çəkdikləri videonu redaktə etmədən, bir hissəsini ingilis dilində şərh etmələri, yaşlarını və yaşadıqları ölkəni göstərən # F4FCommentator hashtagı ilə videonu sosial şəbəkələrdə yerləşdirmələri təklif ediblər.
 
Müsabiqə iki mərhələdə keçiriləcək:
I mərhələ – hər ölkənin ən yaxşı Gənc şərhçilərinin seçimi. Tarixlər: 15.09.2020 - 15.10.2020.
II mərhələ –  müsabiqənin qalibinin onlayn səsvermə yolu ilə seçilməsi. 15.10.2020 – 09.11. 2020.
Müsabiqənin nəticələri 10.11.2020 - 15.11.2020 tarixləri arasında elan ediləcək.
“Dostluq üçün Futbol” beynəlxalq uşaq sosial proqramı “Gazprom” İSC tərəfindən 2013-cü ildən həyata keçirilir. Son yeddi mövsümdə proqram 6 mindən çox iştirakçını bir araya gətirib və 5 milyondan çox tərəfdar qazanıb.
 
Proqram iştirakçıları – Gənc futbolçular və Gənc jurnalistlər – fiziki qüsurlu da daxil olmaqla, 12 yaşlı oğlan və qızlardır. Fərqli ölkələri və mədəniyyətləri təmsil edən Gənc Futbolçular qarışıq komandalarda birləşir və milliyət, cins və fiziki imkanların eyni komandada oynamaq üçün maneə olmadığını nümayiş etdirirlər.
 
Gənc jurnalistlər Beynəlxalq Uşaq Mətbuat Mərkəzində proqramın hadisələrini işıqlandırırlar. Bütün iştirakçılar Gənc Səfir statusu alır və vətənə qayıtdıqdan sonra “Dostluq üçün Futbol”da qazandığı təcrübəni bölüşməyə və ümumbəşəri dəyərləri – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənə və şərəfi təbliğ etməyə davam edirlər.
 
“Dostluq üçün Futbol” UEFA, FIFA, futbol federasiyaları və dünyanın aparıcı futbol klubları, beynəlxalq xeyriyyə fondları, məşhur idmançılar, siyasətçilər və incəsənət xadimləri tərəfindən dəstəklənir. Layihə sosial məsuliyyət, idman və rabitə sahələrində çoxsaylı beynəlxalq və milli mükafatlara layiq görülüb, o cümlədən tarixin ən çoxmillətli futbol məşq sessiyasında dünya rekordunu qazanıb.
 
2020-ci ildə “Dostluq üçün Futbol” onlayn formatda keçiriləcək. Xüsusi rəqəmsal platforma hər yaşdan 10 mindən çox oyunçunu birləşdirəcək və beynəlxalq uşaq yarışları üçün əsas olacaq. Həmçinin hər kəsin məşq edə biləcəyi, beynəlxalq qarışıq komandalarda birləşə biləcəyi və sevimli oyunu “Dostluq üçün Futbol”u evi tərk etmədən oynayacağı meydança olacaq.
 








Redaktorun seçimi