Rövşən Xəlilov Azərbaycan çempionu olub

Hit: 1182
Rövşən Xəlilov Azərbaycan çempionu olub
Sentyabrın 12-13-də Su İdman Sarayında Strongman üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Strongman Federasiyasının təşkil etdiyi çempionat pandemiya dövrünün şərtlərinə əsasən açıq havada keçirilib.
 
Faktor.az xəbər verir ki, çempionatda ölkənin ən nüfuzlu strongmenləri yarışıb. Bu mənada pauerliftinq üzrə 4 qat dünya, 3 qat Avropa çempionu, dünya rekordçusu, Azərbaycan və beynəlxalq dərəcəli usta Rövşən Xəliliovu xüsusi fərqləndirə bilərik.
 
80 kq çəki dərəcəsində keçirilən yarışda o, Azərbaycan çempionu olub. Bununla yanaşı, 95 kq çəki dərəcəsində Kamran Lazımov,  110 kq çəkidə Orxan Həsənzadə və 110+ kq çəkidə Razim Hüseynov fəxri kürsünün ən üst pilləsinə qalxıb. Beləliklə, Azərbaycan biriniciliyin qalibləri Nigeriyada keçiriləcək Dünya Çempionatında iştirak etmək hüququ qazanıb.








Redaktorun seçimi