“Kəndlərdə idmanı inkişaf etdirək”

Hit: 1323
“Kəndlərdə idmanı inkişaf etdirək”
7 sentyabr 2020-ci il tarixdə  AFFA-nın və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Yevlax rayonunda keçirilib. Layihə çərçivəsində keçirilən tədbirdə rayonun Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərindən 50 məktəbli uşaq iştirak etmişdir. Tədbirdə iştirak edən  uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Faktor.az xəbər verir ki, tədbirdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının  prezidenti,  Milli Məclisin deputatı Rauf  Əliyev, 48  saylı Yevlax Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat, YAP Rayon Təşkilatının sədri İlham Məmmədov, Milli Məclisin deputatı Sabir  Hacıyev  iştirak ediblər.  Layihə üzrə tədbirlərin  digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
 
Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.








Redaktorun seçimi