Alpaqut Federasiyası zona yarışlarına başladı - FOTOLAR

Hit: 2816
Alpaqut Federasiyası zona yarışlarına başladı - FOTOLAR
Beş aylıq fasilədən sonra Azərbaycan Alpaqut Federasiyası (AAF) açıq hava şəraitində zona yarışlarına başlayıb.
 
AAF-nın regional inkişaf üzrə vitse prezidenti Rafiq Qasımovun Faktor.az-a verdiyi məlumata görə ölkəmizdən də yan keçməyən koronavirus infeksiyasına görə yarışlara ara vermək məcburiyyətində qalmış Alpaqut idmançıları açıq hava şəraitində yarışlarda öz güclərini sınamağa başlayıblar.
 
İlk yarış dünən Alpaqut Federasiyası Bakı şəhər Gənclər və İdman baş İdarəsi ilə birgə Alpaqut döyüş sənəti üzrə Bakı şəhər birinciliyi keçirilmişdi.
 
Hövsan Olimpiya İdman Kompleksinin açıq arenasında baş tutan yarışda Alpaqut Federasiyasının Bakı və Bakıətrafı Filial və klubları iştirak etmişdi.
Yarışın nəticələrinə görə 1-ci yeri Nizami, 2-ci yeri Sabunçu, 3-cü yeri isə Suraxanı komandaları qazanıb.
 
Qalib komanda və idmançılar medal və diplomlarla təltif edildilər.
 
Yarışda tibbi yoxlanış və sosial məsəfə saxlanması movcud qaydalara uyğun olaraq nəzərə alınmışdı.
 
Növbəti yarış, sentyabrın 12 də Ağdam rayonunun Quzanlı qəsəbəsində İdman Olimpiya Kompleksinin açıq arenasında Qarabağ regional yarışı keçiriləcək.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi