Reqbinin Sumqayıtda inkişaf etdirilməsi müzakirə olundu

Hit: 1208
Reqbinin Sumqayıtda inkişaf etdirilməsi müzakirə olundu
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və Baş İdarənin sektor müdiri Rüfət Mahmudzadə ilə Reqbi idman növünün Sumqayıt şəhərində inkişaf etdirilmə prespektivləri ilə bağlı görüş keçirilib.
 
Faktor.az xəbər verir ki, görüş zamanı Sumqayıt idmançılarının aktiv bu idman növündə iştirakının təmin edilməsi ilə bağlı müzakirələr aparılmışdır. Yeni tədris ilindən yeni dərnəklərin açılması ilə bağlı razılığa gəlinmişdir.
 
Baş İdarənin rəisi Elgün Hümbətov Olimpiya idman növü olan Reqbinin Sumqayıtda inkişafı ilə bağlı Federasiya ilə koordinasiyalı olaraq fəaliyyətə tam hazır olduqlarını vurğulamışdır. 








Redaktorun seçimi