İngiltərə Super Kubokunun qalibi bəlli oldu

Hit: 1234
İngiltərə Super Kubokunun qalibi bəlli oldu
Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.
 
Faktor.az xəbər verir ki, bu titula tarixində 16-cı dəfə "Arsenal" layiq görülüb. “Uembli” stadionunda keçirilmiş matçda ölkə kubokunun son sahibi çempion “Liverpul”la üz-üzə gəlib.
 
Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. 12-ci dəqiqədə "topçular"dan Pyer-Emerik Obameyanqın qoluna 73-cü dəqiqədə "qırmızılar"dan Takumi Minamino cavab verib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu bölümdə isə "Arsenal" daha üstün olub - 5:4. 
 
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək. 








Redaktorun seçimi