Messi 1 milyard qazanmağa yaxındır

Hit: 893
Messi 1 milyard qazanmağa yaxındır
“Barselona”nın kapitanı Lionel Messi ümuni qazancı 1 milyard dolları aşan ikinci futbolçu ola bilər.
 
Faktor.az “Forbes”ə istinadən xəbər verir ki, bu, argentinalı hücumçunun növbəti mövsümü Kataloniya klubunda keçirəcəyi təqdirdə gerçəkləşəcək. Belə olan halda 34 yaşlı oyunçu karyerası ərzində əldə etdiyi gəlir 1 milyard dolları ötən 2-ci futbolçu və 4-cü idmançı olacaq.
 
Ötən mövsüm “Yuvenus”un hücumçusu Kriştiano Ronaldonun qazancı 1 milyard avronu aşıb.
 
Qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezer isə gəliri 1 milyard avronu ötmüş idmançılardır.








Redaktorun seçimi