"Dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyirik"
Dövlətmizin uğurlu idman siyasəti
Azərbaycanın müstəqillik qazandığı 26 illik dövrü xalqımızın çoxəsrlik həyatında ən şərəfli dövürlərdəndir. Son 26 il ərzində qazanılmış çoxsaylı medallar və Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınınıb nüfuz qazanması ölkə idmanının əvəzolunmaz sərvətidir. Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı və nəticəsidir. Cənab Prezident ilham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqətin təzahürlərindən biri də, 2005-ci il 4 mart tarixli sərəncamına əsasən 5 martın “Bədən tərbiyəsi və idman günü” qeyd edilməsi oldu. Biz də, dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyir və idman sahəsində çalışan mütəxəssis kimi əminik ki, Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaqdır.