Tanınmış idman ustası Elvar Osmanovun doğum günüdür

Hit: 1239
Tanınmış idman ustası Elvar Osmanovun doğum günüdür
Bu gün Azərbaycanın ilk idman ustası, döyüş Sambosu üzrə Dünya və Avropa mükafatçısı, Gəncə İdman Klubunun təsisçisi və rəhbəri, həmçinin (YAZTV) Yeni Azərbaycan Televiziyasının təsisçilərindən biri olan Elvar Osmanovun doğum günüdür.
 
Faktor.az xatırladır ki, Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib.
 
2010-cu ildə AMAKA və Rusiya Dövlət Ali Məktəbləri Nəzdində Beynəlxalq Tətbiqi Kosmanaftika Universitetinin İqtisad İdarəetmə və Maliyyə fakültəsi bitirib.
 
2010-cu ildə Azərbaycanda keçirilən Universal döyüş üzrə Avropa Çempionatında 2-ci yer olub.
 
2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Çempionatında 3-cü yer olub.
 
2014-cü ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Döyüş sambosu üzrə Avropa Çempionatında 3-cü yer olub.
 
Elvar Osmanov 2016-cı ildən Gəncə İdman Klubunun təsisçisi və rəhbəridir.
 
Gəncə İK-ya rəhbərlik etdiyi vaxtdan cüdo idman növü üzrə baş məşqçi Samir İsmayılov Usta cüdoçular arsında Avropa çempionu olub.
 
Gəncə İK-nın fəxri üzvü, Sambo idman növü üzrə Dünya və Avropa finalçısı Ağasif Səmədov “Minsk 2019” II Avropa Oyunlarında iştirak edib. Sambo idman növü üzrə keçirilən oyunda 52 kq çəki dərəcəsində yarışan A. Səmədov ikincilik əldə edərək gümüş medala sahib olub.
22 yanvar 2019-cu ildə Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Ferdeasiyasının regionlar üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
 
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə idman sahəsində fərqləndiyinə görə təltif edilib. Bundan başqa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi ilə əlaqədar gənclər və idman sahəsində göstərdiyi xidmətə görə Fəxri Fərmanla təltif edilib.








Redaktorun seçimi