Gəncə İdman Klubu xalqımızı təbrik edir

Hit: 2007
Gəncə İdman Klubu xalqımızı təbrik edir
Qurban bayramı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzidir. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
 
Qurban bayramı cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.
 
Qurban bayramı bir daha göstərir ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayır.
 
Gəncə İdman Klubu Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir və bu günlərdə etdiyiniz duaların kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzu edir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.








Redaktorun seçimi