"Neftçi" 19 yaşlı braziliyalı futbolçu ilə müqavilə bağlayıb

Hit: 1038
"Neftçi" 19 yaşlı braziliyalı futbolçu ilə müqavilə bağlayıb
"Neftçi” ardıcıl üçüncü əcnəbi futbolçunu transfer edib.
 
Faktor.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı mərkəz müdafiəçisi Rener Alves de Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb.
 
19 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 4 nömrəli formanı geyinəcək. "Brasilis”in yetirməsi olan Rener Alves de Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza"nın əsas kollektivi ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.
 








Redaktorun seçimi