Bu il "Qızıl top" mükafatı təqdim olunmayacaq

Hit: 904
Bu il "Qızıl top" mükafatı təqdim olunmayacaq
"Qızıl top" mükafatı bu il təqdim olunmayacaq.
 
Faktor.az saytı xəbər verir ki, bu barədə "France Football" nəşri məlumat yayıb.
 
Bildirilib ki, 1956-cı ildən bəri hər il təşkil olunan mərasim bu il baş tutmayacaq. Koronavirus pandemiyası səbəbindən yaranmış problem səbəbindən "Qızıl top" bu dəfə heç kimə verilməyəcək.
 
Qeyd edək ki, ötən il "Barselona"nın kapitanı Lionel Messi 6-cı dəfə "Qızıl top" mükafatına layiq görülüb.








Redaktorun seçimi