Gəncə İdman Klubu DİN-nin şəxsi heyətini təbrik edib

Hit: 756
Gəncə İdman Klubu DİN-nin şəxsi heyətini təbrik edib
Gəncə İdman Klubu 2 iyul Azərbaycan polisi günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyətini təbrik edib.
 
Faktor.az-ın məlumatına görə, təbrikdə deyilir:
 
"2 iyul Azərbaycan polisi günü - Azərbaycan Polisinin yaradılmasının 102-ci ildönümüdür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. 
 
Əlamətdar gün münasibətilə Gəncə İdman Klubunun bütün kollektivi adından başda Daxili İşlər Naziri Vilayət Eyvazov olmaqla nazirliyin şəxsi heyətini təbrik edirik! Peşə Bayramınız Mübarək olsun!








Redaktorun seçimi