Azərbaycanda Reqbi idmanının inkişafına təkan verilir

Hit: 686
Azərbaycanda Reqbi idmanının inkişafına təkan verilir
Azərbaycanda Reqbi idman növünün inkişaf etdirmək üçün Gəncə İdman Klubu xüsusi fəaliyyət planı hazırlayıb.
 
Faktor.az xəbər verir ki, Gəncə İdman Klubunun rəhbərliyi Elvar Osmanov və Elşən Abbasov Bakıda bir neçə stadiona baxış keçiriblər. Reqbinin inkişafı üçün stadion təmsilçiləri ilə müvafiq danışıqlar aparıblar.
 
Xatırladaq ki, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Təsadüfi deyil ki, Azərbaycan çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Hazırda ölkəmizdə əksər idman növündə olan yarışlar keçirilir və bunun üçün bütün imkanlar var. Bu səbəbdən Reqbi idman növünün inkişafı da mühüm amillərdən biridir. Gəncə İdman Klubu da bu idman növünü daha inkişaf etdirmək üçün qarşıya məqsəd qoyub.
 
Qeyd edək ki, Olimpiya idman növü olan Reqbi- iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunudur. Bütün dünyada reqbi birliyi  və ya reqbi liqası qaydaları ilə oynanır. Reqbiçilər qısa məsafədə qaçış idmançıları və yaxud quvvət tələb edən idman növü ilə məşqul olan idmançılarla tək-bə-tək yarışa və uğurla rəqabət apara bilərlər.








Redaktorun seçimi