Gəncə İdman Klubu İntiqam Babayevi təbrik edib

Hit: 769
Gəncə İdman Klubu İntiqam Babayevi təbrik edib
Gəncə İdman Klubunun prezidenti, idman ustası Elvar Osmanov, həmçinin Klubun Vitse-prezidenti Elşən Abbasov gənclər və idman nazirinin müavini İntiqam Babayevi doğum günü münasibəti ilə təbrik ediblər.
 
Faktor.az xəbər verir ki, təbrikdə deyilir:
 
"Hörmətli İntiqam müəllim,
 
Doğum gününüz münasibətilə Gəncə İdman Klubunun kollektivi adından Sizi təbrik edirik. Səmimi qəlbdən möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, Sizə və yaxınlarınıza firavanlıq diləyirik. Ölkəmizdə idmanın inkişafı naminə verdiyiniz töhfələr dövlət tərəfindən, həmçinin idmançılar tərəfindən yüksək qiymətləndirilib. Bir daha Sizə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayırıq".








Redaktorun seçimi