“Evdə qal, təbliğatdan qalma!”

Hit: 1308
“Evdə qal, təbliğatdan qalma!”
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya və karantin rejimi şəraitində gənclərin Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında biliklərini artırmaq, eyni zamanda, bu sahədə aparılan təbliğat işində onların iştirakını yüksəltmək məqsədilə “Evdə qal, təbliğatdan qalma!” virtual təbliğat kampaniyasına başlayır.
 
Kampaniya çərçivəsində gənclər  Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında məlumatlar, sənədli filmlər, işğal altındakı rayonlarımız haqqında 3D qrafik təsvirli filmlər, infoqrafika və infovideolar, elektron albomlar, virtual muzey və elektron kitabxana, musiqilər, “Google Arts & Culture”  onlayn platformasında Qarabağ mövzusunda nümayiş olunan sərgilər, digər foto və video materiallarla  tanış ola, onları sosial şəbəkələrdə #Evdəqaltəbliğatdanqalma, #Qarabağıtanı, #Qarabağıtanıt,#оставайсядоманеоставайсябезучастным, #знайправдуоКарабахе,#расскажимируправдуо_Карабахе, #stayathomestaypromoting,#knowKarabakh, #makeKarabakhknown,#Evdekaltanıtımdankalma, #Karabağıtanı, #Karabağıtanıt həştəqləri ilə paylaşa bilərlər.








Redaktorun seçimi