Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi online müşavirədə iştirak edib

Hit: 761
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi online müşavirədə iştirak edib

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov aprelin 22-də nazirlik tərəfindən keçirilən online müşavirədə iştirak edib

Gənclər və İdman naziri Azad Rəhimov  rayon gənclər və idman idarələrinin rəhbərləri ilə keçirilən online müşavirədə vətəndaşlarla mütəmadi olaraq keçirilən qəbulların koronavirus (Covid 19) infeksiyası ilə bağlı dayandırıldığını və bunun əvəzinə onların idarələrin yardımı vasitəsi ilə online mümkünlüyünü vurğuladı.
Forumda Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də daxil olmaqla, ümumilikdə 70-dən çox rayon və şəhər gənclər və idman idarələrinin rəisləri iştirak edirdilər.
Nazir Azad Rəhimov ilk olaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən koronavirus infeksiyasına qarşı qabaqlayıcı və düşünülmüş mübarizə tədbirlərinin atılmasından danışaraq, dövlətin vəziyyəti ilkin mərhələdən nəzarət altında saxladığını bildirdi.
 
Görülən işlərlə bağlı danışan nazir region gəncləri tərəfindən ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasətin fəal şəkildə təbliğ edilməsinin önəmini diqqətə çatdırdı. Azad Rəhimov gənclərin bu dönəmdə daha aktiv, yaradıcı olmalarını, gələcəyə yönəlik, karantin dönəmi bitdikdən sonra belə onların həyat kredosuna çevriləcək şüarların hazırlanmasının vacibliyini vurğuladı.
Çıxışının davamında nazir karantin müddətində qurumun istər gənclər, istərsə də idman sahələrini əhatə edən "Evdə qal, idmansız qalma!", "İdeya var", "Tələbə baharı", "Evdə addımla" və digər, artıq neçə illərdir ki, uğurla davam edən "Virtual Qarabağ", bununla yanaşı, yeni, "Mənim qəhrəmanım" layihələri barədə söz açıb, region gənclərinin də tədbirlərə cəlb olunmasının önəmini vurğuladı.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, bununla yanaşı, Zərdab, Oğuz, Masallı, Sabirabad, Siyəsən, Göygöl və Bərdə rayonlarının idarə rəisləri görülən işlərlə bağlı çıxışlar etdilər.
 
Keçirilən müşavirənin əsas məqsədi koronavirus infeksiyası ilə əlaqdar ölkəmizdə elan olunmuş karantin müddətində rayon gənclər və idman idarələrinin fəaliyyəti, rayon gənclərinin nazirliyin həyata keçirdiyi layihələrə qoşulmaları istiqamətində görülən işlərlər, onların fəaliyyəti ilə daha yaxından tanış olmaq, arzu və istəklərini dinləmək idi.








Redaktorun seçimi