Səmayə Məmmədova “İlin mətbuat katibi” seçildi

Hit: 990
Səmayə Məmmədova “İlin mətbuat katibi” seçildi
Azərbaycan Mətbuat Şurasının inzibati binasında “Qızıl 10-luq ” idman sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
 
SalamNews xəbər verir ki, mərasimdə Azərbaycan Mətbuat Şurası, "Olimpiya dünyası " qəzeti və "Olimpsport " jurnalının birgə təşkilatçılığı ilə keçirilən 2019-cu ilin “Qızıl10-luq” idman sorğusunun nəticələri açıqlanıb.
 
Nəticələrə görə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “İlin mətbuat katibi” seçilib.
 
Qeyd edək ki, Səmayə Məmmədova dəfələrlə müxtəlif qurumların təşkil etdiyi sorğularda mükafatlara həmçinin bir neçə dəfə “İlin mətbuat katibi” adına layiq görülüb. Səmayə Məmmədova KİV-lə daha çox sıx əməkdaşlıq edən mətbuat kimi tanınır.








Redaktorun seçimi