İdman Akademiyasında ComplexCore+ təlimi keçirilib

Hit: 787
İdman Akademiyasında ComplexCore+ təlimi keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Avstriyanın ComplexCore+ təlimçi qrupu tərəfindən növbəti dəfə üçsəviyyəli ComplexCore+ (1-ci səviyyə) təlimi keçirilib. Təlimdə Azərbaycan Gimnastika Federasiyasının məşqçiləri, ADBTİA-nın tələbələri daxil olmaqla 40-dək iştirakçı qatılıb. 
ComplexCore+ təlimi 2019-cu ilin avqust ayından etibarən ADBTİA tərəfindən təşkil edilir.
 
Təlimin məqsədi təlim iştirakçılarının bədən gövdəsi, yuxarı və aşağı ətraflar üçün fiziki hərəkətləri seçmək yolu ilə fiziki terapiya və məşq prosesini planlaşdırmaq bacarıqlarını əldə etmələrini təmin etməkdir. Təlim idmançılar, məşqçilər, ADBTİA-nın professor-müəllim heyəti, tələbələri ilə yanaşı həkimlər, reabilitasiya üzrə mütəxəssislər tərəfindən də maraqla qarşılanır. 
 
Marağı və əhəmiyyətini nəzərə alaraq, ADBTİA tərəfindən ComplexCore+ təliminin təşkil edilməsinə davam olunacaqdır. 
 








Redaktorun seçimi