Formula 1 Avstraliyadakı meşə yanğınlarından zərərçəkənləri dəstəkləməyi planlaşdırır

Hit: 489
Formula 1 Avstraliyadakı meşə yanğınlarından zərərçəkənləri dəstəkləməyi planlaşdırır
Formula 1 Avstraliyada meşə yanğınları ilə bağlı vəziyyəti diqqətdə saxlayır.
 
Faktor.az xəbər verir ki, Formula 1 şirkətindən meşə yanğınları ilə bağlı vəziyyəti izlədiklərini söyləyiblər. Xatırladaq ki, 2020-ci il mövsümünün ilk mərhələsi olan Avstraliya Qran-Prisi martın 13-15-də keçiriləcək.
 
Qeyd edək ki, Avstraliya indiyədək qeydə alınan ən güclü meşə yanğınları ilə qarşılaşıb. Fəlakət səbəbi ilə Sidney və Melburn kimi böyük şəhərlərdə havanın ciddi çirklənməsi müşahidə olunur. Yanğın ötən ilin sentyabrından başlayıb və indiyədək 8,4 milyon hektara yaxın ərazi yanıb, azı 25 nəfər ölüb, yüz milyonlarla heyvan tələf olub. Bir çox ailə evlərini itirib.
 
Avstraliya Qran-Prisinin komandaları və təşkilatçıları yanğından zərərçəkənləri bu və ya digər formada dəstəkləməyi planlaşdırır.








Redaktorun seçimi