Hemilton 2019-cu ili karyerasının ən yaxşı mövsümü hesab edir

Hit: 354
Hemilton 2019-cu ili karyerasının ən yaxşı mövsümü hesab edir
“Mercedes” komandasının yürüşçüsü Luis Hemilton 2019-cu il mövsümündə hər zaman olduğundan daha yaxşı çıxış etməyinin səbəbini izah edib.
 
Faktor.az xəbər verir ki, britaniyalı pilot yenicə başa çatan mövsümdə keçirilən 21 yürüşdə 11 qələbə qazanaraq özünün altıncı çempion titulunu əldə edib.
 
“Autosport” portalı Luis Hemiltonun aşağıdakı sözlərini sitat gətirir: “Bu mövsümün başlanğıcında maşını idarə etmək qeyri-adi dərəcədə çətin idi. Mövsümqabağı testlərdə də biz o qədər də yaxşı təsir bağışlamırdıq. Biz avtomobili lazımi qədər işləməyə məcbur edə bilmirdik və məlum olduğu kimi, yalnız sonuncu gün buna müvəffəq olduq. Sonra birinci mərhələyə gəldik və əla nəticə göstərə bildik”.
 
Formula 1-in ilk mərhələsi olan Avstraliya Qran-Prisində Hemilton finişə ikinci çatıb, qələbəni isə onun komanda yoldaşı Valtteri Bottas qazanıb.
 
Luis Hemiltonun “Mercedes” komandası ilə kontraktının müddəti 2020-ci ilin sonuna qədərdir.








Redaktorun seçimi