Valtteri Bottas Fransa rallisinin qalibi olub

Hit: 358
Valtteri Bottas Fransa rallisinin qalibi olub
Formula 1 “Mercedes” komandasının finlandiyalı yürüşçüsü Valtteri Bottas Fransada “Pol-Rikar” avtodromunun yaxınlığında keçirilən rallinin qalibi olub.
 
Faktor.az xəbər verir ki, finlandiyalı pilot doqquz xüsusi sahədən beşini qazanaraq yekun qələbəyə nail olub. Bu, Valtteri Bottasın ralli karyerasında birinci qələbədir.
 
Rallidə Bottas WRC — “Citroene» DS3 spesifikasiyalı beş avtomobildən birində çıxış edib. Doqquz xüsusi sahənin yekunlarına görə, finlandiyalı pilot özünün ən yaxın rəqibi, “Şkoda” maşınında yarışan Robert Konsanini 50 saniyə qabaqlaya bilib. Belə ki, Konsani yeddikilometrlik xüsusi sahədən sonra liderliyi ələ keçirib, lakin tezliklə Bottas irəli çıxa bilib və onunla arasında olan məsafəni tədricən artıraraq birinci mövqeyi əldən verməyib.
 
Rallinin yekunlarına görə, üçüncü yeri Formula 2 yarışlarının və “Lotus” proqramının keçmiş yürüşçüsü Daniel Bokkolaççi tutub.








Redaktorun seçimi