Rüstəm Qasımov Avropa birinciliyində bürünc medal qazanıb

Hit: 347
Rüstəm Qasımov Avropa birinciliyində bürünc medal qazanıb
7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 
 
Azərbaycan Ağır Atletika Federasiyasından Faktor.az-a verilən məlumata görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Yaşı 17-yə qədər olan atletlərdə 67 kq çəki dərəcəsində iki atletimiz - Rüstəm Qasımov və Ömər Cavadov qüvvəsini sınayıb.
 
Ömər Cavadov toplam 249 kq (119+130) nəticə ilə yekun sıralamada 8-ci yeri tutub.
 
Rüstəm Qasımov birdən qaldırma hərəkətində 116 kq nəticə ilə 6-cı olsa da, təkanla qaldırma hərəkətində daha uğurlu çıxış etməyi bacarıb. O, 144 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
 
Toplam 260 kq (116+144) nəticə ilə atletimiz yekun sıralamada 5-ci pillədə qərarlaşıb.








Redaktorun seçimi