Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib

Hit: 556
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
 “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.
 
Faktor.az xəbər verir ki, ikinci yarış günündə 191 sərbəst güləşçi mübarizə aparıb. Bütün çəkilərdə finalçılar müəyyənləşib, eləcə də təsəlliverici qarşılaşmalar keçirilib.
 
Dekabrın 6-ı axşam seansında baş tutacaq finallarda 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində çempionlar məlum olacaq.
 
Sərbəst güləşçilərdən qızıl medallar uğrunda mübarizədə Əfqan Xaşalov - Pərviz İbrahimov (57 kiloqram), Ruslan Qasımov - İntiqam Vəlizadə (61 kiloqram), Əhmədnəbi Qvarzatilov - Əli Rəhimzadə (65 kiloqram), Ağahüseyn Mustafayev - Gitinoməhəmməd Hacıyev (70 kiloqram), Hacımurad Ömərov - Coşqun Əzimov (74 kiloqram), Abubakr Abakarov - Rəşad Yusifli (79 kiloqram), Osman Nurməhəmmədov - İbrahim Yusubov (86 kiloqram), Şamil Zubairov - Kənan Əliyev (92 kiloqram), Nurməhəmməd Hacıyev - Sənan Əlizadə (97 kiloqram) və Aydın Əhmədov - Roman Bəkirov (130 kiloqram) qarşılaşmaları keçiriləcək.
 
Dekabrın 6-də sərbəst güləş üzrə əvvəlcə təsəlliverici, daha sonra medal görüşləri təşkil olunacaq.








Redaktorun seçimi