Messi “Barselona”ya 3 xal qazandırıb

31 dəfə oxunub
Messi “Barselona”ya 3 xal qazandırıb
İspaniya La Liqasında XV tur başa çatıb.
 
Turun son günündə 5 matç baş tutub.
 
Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Sevilya” evdə “Leqanes”ə çətinliklə qalib gəlib. “Barselona” isə Madriddə “Atletiko”nun qonağı olub. Lionel Messinin vurduğu bir top qonaqlara qələbə qazandırıb.
 
Qeyd edək ki, növbəti turun matçları dekabrın 7-8-də keçiriləcək.
 
İspaniya La Liqası
XV tur
“Sevilya” – “Leqanes” – 1:0
Karlos, 63
“Atletik” – “Qranada” – 2:0
Qarsia, 41 (pen.), Berçiçe, 83
“Espanyol” – “Osasuna” – 2:4
Roça, 20 (pen.), Kalleri, 90+2 – Qarsiya, 46, Avila, 49, Monsayola, 84, Torres, 90
“Xetafe” – “Levante” – 4:0
Kabrera, 54, Molina, 60, Rodriges, 67, Timor, 78
“Atletiko” – “Barselona” – 0:1
Messi, 86



Redaktorun seçimi