“Bakı”nın keçmiş futbolçusu həbs olundu

Hit: 262
“Bakı”nın keçmiş futbolçusu həbs olundu
“Bakı”nın keçmiş futbolçusu Serxio Kontreras həbs olunub.
 
Koke ləqəbli keçmiş hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. O, vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları 20-yə yaxın şəxsin tutulduğunu bildiriblər. Onlardan dəyəri 775 min dollar olan, 1 tona yaxın həşiş aşkarlanıb. Serxionun narkotiklərin satışı ilə məşğul olan şəbəkəyə rəhbərlik etdiyi bildirilib. Keçmiş hücumçu hazırda Malaqada polis bölməsində saxlanılır.
 
Qeyd edək ki, 2012-ci ildə “Bakı”da oynayan Koke karyerası ərzində “Marsel”, “Malaqa”, “Sportinq” kimi klublarda da çıxış edib. (Qol.az)








Redaktorun seçimi