Millimiz tarixinin ən acınacaqlı nəticəsini təkrarladı

Hit: 286
Millimiz tarixinin ən acınacaqlı nəticəsini təkrarladı
Azərbaycan millisi tarixinin ən pis göstəricisini təkrarlayıb.
 
“Avro-2020”nin seçmə mərhələsinin son turunda Slovakiya ilə səfər matçında da 0:2 hesabı ilə uduzan yığmamız qrupu sonuncu yerdə və cəmi 1 xalla başa vurub. Bununla da, komanda “Avro-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alınan antirekordu təkrarlayıb.
 
Xatırladaq ki, o vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi  ilk dəfə beynəlxalq turnirə qatılırdı. (Qol.az)








Redaktorun seçimi