Mourinyo "Tottenhem"də - Rəsmi

Hit: 334
Mourinyo "Tottenhem"də - Rəsmi
“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşib.
 
London təmsilçisini Joze Mourinyo çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 2022-2023 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
 
Portuqaliyalı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Maurisio Poçettinonu əvəzləyib.
 
Qeyd edək ki, Mourinyo son olaraq digər Premyer Liqa təmsilçisi "Mançester Yunayted"i çalışdırıb. O, 2018-ci ilin dekabırında istefaya göndərilmişdi. (Qol.az)








Redaktorun seçimi