"Qarabağ"ın futbolçusu Paraqvaya qarşı oynamadı

Hit: 342
"Qarabağ"ın futbolçusu Paraqvaya qarşı oynamadı
"Qarabağ"ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan millisi yoxlama oyunu keçirib.
 
Komanda doğma meydanda Paraqvay yığması ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
 
Zədədən yeni qayıdan Slavçev bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, Bolqarıstan yığması noyabrın 17-də Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiyanı qəbul edəcək. (Qol.az)








Redaktorun seçimi