"Tobol"da qalıram" - Emil Balayev

Hit: 362
"Tobol"da qalıram" - Emil Balayev
Millimizin qapıçısı Emil Balayev "Tobol"dakı gələcəyi ilə bağlı açıqlama verib.
 
25 yaşlı qolkiper müqaviləsinin sonuna qədər Kostanay təmsilçisində qalacağını deyib: "Tobol"da qalıram. Klubumla hələ bir illik müqaviləm qalıb".
 
Qeyd edək ki, E.Balayev Qazaxıstan Premyer Liqasında başa çatan mövsümdə 31 oyunda  22 qol buraxıb. 18 oyunda qapısını toxunulmaz saxlayan qapıçı mövsümün rəmzi komandasına düşüb. (Qol.az)








Redaktorun seçimi