Rüfət Dadaşov millidən kənarlaşdırıldı

Hit: 247
Rüfət Dadaşov millidən kənarlaşdırıldı
Azərbaycan millisinin heyətində dəyişiklik olub.
 
Faktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Proyssen"in hücumçusu Rüfət Dadaşov heyətdən çıxarılıb.
 
Buna səbəb onun dünənki məşqdə zədələnməsi olub. Dadaşov Avro-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə son oyunlarda iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, sabah "Bakcell Arena"da Uelsi qəbul edəcək yığmamız noyabrın 19-da Slovakiyanın qonağı olacaq.








Redaktorun seçimi