"Uğurun açarı kimi Azərbaycanla oyunu yada salmalıyıq"
"Xorvatiya ilə evdəki oyunun nəticəsi bizim üçün ağır oldu. Əslində yaxşı çıxış etdik, keyfiyyətli oyun göstərdik”.
Bu sözləri Slovakiya yığmasının qapıçısı Martin Dubravka Avro-2020-nin seçmə mərhələsində Xorvatiya millisi ilə oyun öncəsi deyib.
Dubravka güclü rəqiblə oyunun hazırlığından danışarkən yığmamıza 5:1 hesabı ilə qalib gəldikləri görüşü də xatırlayıb: “Qarşıdakı iki oyuna diqqətlə hazırlaşmalıyıq. İnsanlar necə hazırlaşmalı olduğumuz barədə danışır. Bunu özümüz də bilirik. Uğur qazanmaq istəyirik. Bunun üçün də Xorvatiya ilə ilk görüşdəkindən fərqli oyun nümayiş etdirməliyik. Uğurun açarı kimi Macarıstan və Azərbaycanla oyunları yada salmalıyıq. O, matçlardakı performansımızı inkişaf etdirməliyik. Uşaqlar bütün güclərini göstərsələr, istədiyimizə nail olarıq".
Qeyd edək ki, sabah Xorvatiyanın qonağı olacaq Slovakiya yığması noyabrın 19-da millimizi qəbul edəcək. (Qol.az)