Poçettino qovula bilər

Hit: 278
Poçettino qovula bilər
“Tottenhem” rəhbərliyi komandanın baş məşqçisi Mauritsio Poçettinonun işindən narazıdır.
 
Premyer Liqada ardıcıl beş oyundur qələbə qazana bilməyən London təmsilçisi noyabrın 23-də "Vest Hem"lə səfər oyununda da xal itirsə, argentinalı mütəxəssis istefaya göndəriləcək.
 
Hazırda turnir cədvəlində 14 xalla 14-cü pillədə qərarlaşan komanda Çempionlar Liqasına vəsiqə verən yerdən çox uzaqdadır.
 
Qeyd edək ki, Poçettino 2014-cü ildən “Tottenhem”i çalışdırır. Onun müqaviləsi ötən il yenilənib. Sözləşmədəki bəndə əsasən çalışdırıcı istefaya göndərilsə, klub ona 14 milyon avro təzminat ödəməlidir. (Qol.az)








Redaktorun seçimi