Emil Balayev mövsümün ən yaxşı üçüncü qapıçısı oldu

Hit: 254
Emil Balayev mövsümün ən yaxşı üçüncü qapıçısı oldu
Qazaxıstan Premyer Liqasında başa çatan mövsümün ən yaxşıları müəyyənləşib.
 
Faktor.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Tobol"da çıxış edən millimizin üzvü Emil Balayev mövsümün ən yaxşı 3-cü qapıçısı seçilib. O, rəhbərlər, kapitanlar və baş məşqçilər arasında aparılan səsvermənin yekun nəticəsinə əsasən, buna nail olub. E.Balayevi Nenad Eriç ("Astana") və Dmitri Nepoqodov ("Ordabası") qabaqlayıb.
 
Qeyde dək ki, "Tobol" mövsümü 4-cü pillədə başa vurub.








Redaktorun seçimi