Azərbaycan Tokio-2020-yə 5-ci lisenziyanı qazanıb

45 dəfə oxunub
Azərbaycan Tokio-2020-yə 5-ci lisenziyanı qazanıb

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 5-ci lisenziya qazanıb.

Faktor.az-ın məlumatına görə, bu uğura paraatlet Kamil Əliyev nail olub.

Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatının ilk günündə təmsilçimiz uzunluğa tullanmada (T12) 7,00 m nəticə göstərib. Mundialda üçüncü yerə çıxan K. Əliyev Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına da lisenziyasını rəsmiləşdirib.

Dünya çempionatı noyabrın 15-ə qədər davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışlara qatılacaqlar.

Qeyd edək ki, K. Əliyevdən öncə Kamran Zeynalov, Yelena Taranova (hər ikisi paraatıcı), Elşən Hüseynov (parapauerliftinq) və Roman Saley (paraüzgüçü) də Tokio-2020-yə lisenziyaya yiyələniblər



Redaktorun seçimi