Şumaxerin bolidinin şokolad modeli hazırlanıb

25 dəfə oxunub
Şumaxerin bolidinin şokolad modeli hazırlanıb
İtaliyanın Modena şəhərində keçirilən “Sciocola” festivalında yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin 2004-cü ilə aid “Ferrari” bolidinin bütünlüklə şokoladdan hazırlanmış modeli təqdim edilib.
 
Bolidin modeli 39 yaşlı şokolatye Mirko Dalla Vekkya tərəfindən hazırlanıb. Ona heykəltəraş Alessandro Marrone kömək edib. Model 1:1 miqyasında yerinə yetirilib, onun ərsəyə gəlməsinə 800 saat vaxt sərf edilib.
 
Mixael Şumaxer 2004-cü ildə “F2004” bolidində 13 qələbə qazanıb. Bu boliddə 15 qələbə qazanılıb. Daha üç qələbəni “Ferrari”yə Şumaxerin komanda yoldaşı Rubens Barrikello gətirib.



Redaktorun seçimi