Cüdoçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb

40 dəfə oxunub
Cüdoçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb
Rusiyanın İjevk şəhərində 23 yaşadək cüdoçuların Avropa çempionatına start verilib.
 
Aitə çempionatında 9 cüdoçumuz - Balabəy Ağayev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Elçin Hüseynov, Nurlan Osmanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hasil Cəfərov (81 kq), Aliumar Tumayev (90 kq), Aslan Mirzəyev (100 kq), Yusif İmranov (100 kq-dan yuxarı) mübarizə aparır.
 
Yarışın birinci günündə 4 cüdoçumuz gücünü sınayır. Onlardan Nurlan Osmanov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı idmançı Murad Çopanov olacaq.
 
Yarışda 32 ölkədən 250-yə yaxın idmançı mübarizə aparır.



Redaktorun seçimi