"Traktor" dünya ulduzunu transfer edir

Hit: 453
"Traktor" dünya ulduzunu transfer edir
Təbrizin "Traktor" klubu dünya səviyyəli futbolçu transfer edir.
 
Faktor.az xəbər verir ki, Mustafa Dənizlinin başçılıq etdiyi Cənubi Azərbaycan təmsilçisi Hatem Ben Arfa ilə danışıqlara başlayıb. Bu barədə İtaliyanın "Tutto Mercato Web" saytı məlumat yayıb.
 
Son olaraq "Renn"də çıxış edən və hazırda azad agent olan futbolçuya "Traktor" illik 1,8 milyon avro maaş təklif edib. Klubsuz qalan Ben Arfanın təbrizlilərə müsbət cavab verəcəyi gözlənilir.
 
Qeyd edək ki, Ben Arfa peşəkar karyerasına "Lion"da başlayıb. Tunis əsilli futbolçu 2008-ci ildə 12 milyon avroya "Marsel"ə transfer olunub. 2011-ci ildə İngiltərənin "Nyukasl" klubu 6 milyon avro qarşılığında onu heyətinə qatıb. Bir mövsüm "Haall Siti"də icarə əsasında çıxış edən Ben Arfa 2016-cı ildə PSJ-yə transfer olunub. Onun son iş yeri "Renn" olub. 
 
Fransanın bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş 32 yaşlı futbolçu 2007-ci ildən çağırıldığı A millidə 15 oyun keçirərək 2 qol vurub. Ben Arfa "Lion"la 4 dəfə Fransa çempionu, 1 dəfə ölkə kubokunu, 2 dəfə Super Kubokunun qalibi olub. O, "Marsel" və PSJ ilə də hər üç turnirin qızıl medalını qazanıb (hərəsi bir dəfə). "Renn"lə isə bir dəfə Fransa Kubokunun qalibi ola bilib. Ben Afra həmçinin 2004-cü ildə Fransanın U-17 millisi ilə Avropa çempionu olub.








Redaktorun seçimi