“Zirə” ilə “Qəbələ”nin 19-cu dueli

Hit: 311
“Zirə” ilə “Qəbələ”nin 19-cu dueli

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, “Qəbələ” 1-ci dövrənin son turunda “Zirə” ilə qarşılaşacaq. Oktyabrın 6-da keçiriləcək matç paytaxtda baş tutacaq.

“Qırmızı-qaralar” tarixində 19-cu dəfə qəsəbə təmsilçisi ilə görüşəcək. Əvvəlki 18 görüşdə 7 qələbə qazanan “Qəbələ” eyni sayda heç-heçə edib. Yalnız 4 dəfə uduzan “Qəbələ” top fərqində də üstündü – 25-16. Aleksey Qay “Zirə”nin qapısından daha çox – 4 top keçirib.

18 matçdan 16-sı çempionat, 2-si kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə əldə edən “qırmızı-qaralar” 7 dəfə bir xalla kifayətlənib. Digər 4 qarşılaşmada “Zirə” qalib gəlib. 32 qolun vurulduğu matçlarda “Qəbələ” üstündü – 18-14.

10-cu dəfə Bakı klubunun qonağı olacaq “Qəbələ” rəqib meydanında yalnız top fərqində üstündü. Hər komandanın üç qələbə qazandığı görüşlərdə eyni sayda da heç-heçə qeydə alınıb. 12 qol vuran “qırmızı-qaralar” 9 top buraxıblar (gabalafc.az).









Redaktorun seçimi