De Liqt "Barselona"ya keçiddən niyə imtina edib?

Hit: 333
De Liqt "Barselona"ya keçiddən niyə imtina edib?

Bu yay "Ayaks"dan "Yuventus"a transfer olunan Matteys de Liqtin "Barselona"ya keçiddən imtina etməsinin səbəbi müəyyənləşib.

Faktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, hollandiyalı müdafiəçini bu fikrindən Kataloniya klubunun oyunçusu Jerar Pike daşındırıb. 20 yaşlı futbolçu gələcəyi ilə bağlı qərar verməzdən əvvəl istirahət etdiyi Baham adalarında Pike ilə təsadüfən görüşüb. Onlar arasında xoş olmayan danışıq olub. Bundan sonra De Liqt Turin təmsilçisinə keçməyə qərar verib.

Qeyd edək ki, "Yuventus" bu yay De Liqtlə 5 illik müqavilə imzalayıb.









Redaktorun seçimi