Emil Balayevdən qələbə şərhi

Hit: 362
Emil Balayevdən qələbə şərhi

"Çətin oyun olacağını başa düşürdük. Qarşılaşmanın nəticəsini həll edən bir qolu son dəqiqələrdə biz vurduq".

Faktor.az xəbər verir ki, bu sözləri Qazaxıstanın "Tobol" klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev klubun rəsmi saytına danışarkən deyib. 

Premyer Liqanın 27-ci turunda səfərdə "Şaxtyor"a qalib gəldikləri (1:0) görüşü şərh edən 25 yaşlı qolkiper güclü komandanı üstələdiklərini bildirib: "Oyuna maksimum güclə hazırlaşmışdıq. Bunun olduqca vacib görüş olduğunu bilirdik. "Şaxtyor" çox keyfiyyətli futbol nümayiş etdirən komandadır. Topa nəzarət etməyi sevirlər. Komandamız bu qələbədən məmnundur. Qarşıda bizi "Jetsu" ilə ev matçı gözləyir. Artıq növbəti rəqib barədə düşünürük".

Qeyd edək ki, "Tobol" 58 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.









Redaktorun seçimi